Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“ABAD” mərkəzlərinin fəaliyyət istiqamətləri barədə məhsul istehsalçıları arasında maarifləndirici görüş keçirilib

0

  •           Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üçün tədbirlər planının 7.1.22-ci (“Ailə Biznesinə Asan Dəstək” mərkəzləri şəbəkəsinin genişləndirilməsinin davam etdirilməsi və iri şirkətlər tərəfindən ailə təsərrüfatlarının dəstəklənməsinin təşviqi ilə bağlı) bəndinin icrasının təmin edilməsi məqsədilə 14-15 fevral 2023-cü il tarixlərdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində  ayrı-ayrı məhsul istehsalçıları arasında maarifləndirici görüş keçirilib.                  Görüşdə Xocalı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Bəxtiyar Allahverdiyev, Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tacir Əzizov, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndəsi Əliniyaz Nəcəfov və Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Habil Rzaquliyev iştirak edib. Görüş zamanı “ABAD” mərkəzləri şəbəkəsinin fəaliyyət istiqamətləri, göstərdiyi dəstək xidmətləri barədə geniş izahat və ətraflı məlumat verilib, o cümlədən onların fikir və təklifləri dinlənilib, iştirakçılara maraqlı olan suallar cavablandırılıb. Tədbir iştirakçıları bu sahədə qəbul olunmuş yeni qanunun müddəaları barədə məlumatlandırılıb. Görüş ailə təsərrüfatlarına məxsus olan şəxslərin “ABAD” PHŞ ilə əməkdaşlığının genişləndirilməsinin təşkili, “ABAD” mərkəzləri tərəfindən göstərilən bir çox xidmətlərin tədbiq dairəsinin genişləndirilməsi və bu sahəyə maraqlı olan hər bir vətəndaşların bu xidmətlərdən maksimum dərəcədə yararlana bilməsi məqsədilə təşkil olunub. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib44 dəfə
    “ABAD” mərkəzlərinin fəaliyyət istiqamətləri barədə məhsul istehsalçıları arasında maarifləndirici görüş keçirilib

    Maraqlı gələ bilər
    131
    51
    410